...

Azərbaycanla Özbəkistan arasında birbaşa aviareys açılır

İqtisadiyyat Materials 1 Aprel 2022 12:16 (UTC +04:00)
Azərbaycanla Özbəkistan arasında birbaşa aviareys açılır
Sədrəddin Ağcayev
Sədrəddin Ağcayev
Bütün xəbərlər

Bakı. Trend:

Özbəkistanın "Fly Khiva Group" aviaşirkəti "Azərbaycan Hava Yolları" (AZAL) QSC ilə birgə aprelin 2-dən etibarən iki ölkə arasında birbaşa reysi işə salır.

Trend-in məlumatına görə, Bakı-Daşkənd-Bakı marşrutu ilə uçuşları həftədə bir dəfə, şənbə günləri həyata keçiriləcək.

Bakıdan saat 22:00-da havaya qalxan təyyarə, saat 01:25-də Daşkənddə eniş edəcək. Əks istiqamətdə 02:45-də Daşkənddən yola düşən reys saat 04:35-də Bakıya çatacaq.

Mayın 4-dən etibarən reyslərin həftədə iki dəfə (çərşənbə və şənbə) həyata keçiriləcəyi gözlənilir.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti