...

Türkiyə Mərkəzi Bankı əsas faiz dərəcəsini dəyişməz olaraq saxlayıb

İqtisadiyyat Materials 22 İyul 2022 03:54 (UTC +04:00)
Türkiyə Mərkəzi Bankı əsas faiz dərəcəsini dəyişməz olaraq saxlayıb

Bakı. Trend:

İyulun 21-də Türkiyə Mərkəzi Bankı yeddi günlük REPO əməliyyatları üzrə əsas faiz dərəcəsini 14 faiz səviyyəsində saxlamağa qərar verib.

Trend-in məlumatına görə, bu barədə qərar Türkiyə Mərkəzi Bankının Pul Siyasəti Şurasının iclasından sonra açıqlanıb.

"Türkiyənin iqtisadi artımını stimullaşdıran amillərin sayı artır. Həmçinin turizm sahəsi inkişaf üçün mühüm təkandır", - deyə qeyd olunub.

Mərkəzi Bank Şurası bildirib ki, tənzimləyici qurum makroprudensial siyasət tədbirlərini davam etdirəcək və zəruri hallarda əlavə rıçaqlardan istifadə edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti