...

Mənfi iqtisadi-maliyyə təsirlərinin qarşısı alınır - Niyazi Səfərov

İqtisadiyyat Materials 29 Sentyabr 2022 12:28 (UTC +04:00)
Mənfi iqtisadi-maliyyə təsirlərinin qarşısı alınır - Niyazi Səfərov
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Mənfi iqtisadi maliyyə təsirlərinin qarşısı alınır.

Trend-in məlumatına görə, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında iqtisadiyyat nazirinin müşaviri Niyazi Səfərov deyib.

O qeyd edib ki, dünyada gedən mənfi proseslərə baxmayaraq bunun ölkə iqtisadiyyatına təsirlərinin azaldılması istiqamətində tədbirlər görülür.

Müşavir vurğulayıb ki, Azərbaycanda daha güclü, dinamik iqtisadiyyatın inkişafı üçün işlər görülməkdədir.

N.Səfərov əlavə edib ki, tələbə yönəldilmiş iqtisadiyyata keçidə kiçik və orta sahibkarlıq subyektləri də ciddi təsir göstərə bilər.

Onun sözlərinə görə, kiçik və orta sahibkarlığın inkişafı ilə bağlı nəzərəçarpacaq nəticələr əldə olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti