...

Türk dövlətləri arasında sadələşdirilmiş gömrük dəhlizi ilə bağlı sənəd imzalanacaq

İqtisadiyyat Materials 10 Noyabr 2022 10:35 (UTC +04:00)
Türk dövlətləri arasında sadələşdirilmiş gömrük dəhlizi ilə bağlı sənəd imzalanacaq
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələr arasında sadələşdirilmiş gömrük dəhlizi ilə bağlı sənəd imzalanacaq

Trend-in məlumatına görə, bunu bu gün Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Özbəkistanda TDT Xarici İşlər Nazirləri Şurasının iclasında çıxışı zamanı deyib.

Nazir bildirib ki, TDT İstanbul Zirvəsində qəbul edilən “Türk Dünyası-2040” strateji sənədi uzunmüddətli dövr üçün mühüm addım oldu.

“Aramızdakı münasibətlər və dəhlizləri inkişaf etdirməyimiz məcburiyyətə çevrilir. Sabah imzalanacaq ticarətin asanlaşdırılması ilə bağlı strateji sənəd, sadələşdirilmiş gömrük dəhlizi və yükdaşımalarla bağlı razılaşma sənədləri məmnunedicidir", - deyə M. Çavuşoğlu əlavə edib.

Qeyd edək ki, Səmərqənddə Türk Dövlət Təşkilatının (TDT) Xarici İşlər Nazirləri Şurasının IX toplantısı öz işinə başlayıb.

Noyabrın 11-də isə Özbəkistan Prezidenti Şövkət Mirziyoyevin ev sahibliyi ilə Səmərqənddə Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının Zirvə Toplantısı keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti