...

Yanvar-may aylarında Türkiyənin hazır geyim ixracı azalıb

İqtisadiyyat Materials 6 İyun 2023 12:03 (UTC +04:00)
Yanvar-may aylarında Türkiyənin hazır geyim ixracı azalıb

Bakı. Trend:

2023-cü ilin yanvar-may aylarında Türkiyənin hazır geyim ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 5,2 faiz azalaraq 8,4 milyard dollara bərabər olub.

Trend-in məlumatına görə, bu barədə TurkicWorld-ə Türkiyə Ticarət Nazirliyindən bildiriblər.

“Bu ilin may ayında Türkiyə 1,7 milyon dollar məbləğində hazır geyim ixrac edib ki, bu da keçən ilin may ayı ilə müqayisədə 24 faiz çoxdur” – deyə nazirlikdən əlavə edilib.

Qeyd olunub ki, son 12 ay ərzində Türkiyə 20,7 milyard dollar məbləğində hazır geyim ixrac edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti