...

Bu il azad olunmuş ərazilərə xərclənən vəsait açıqlanıb

İqtisadiyyat Materials 15 İyul 2023 17:57 (UTC +04:00)
Bu il azad olunmuş ərazilərə xərclənən vəsait açıqlanıb

Bakı. Trend:

2023-cü ilin dövlət büdcəsində işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası məqsədilə nəzərdə tutulmuş 3 milyard manat vəsaitin bu ilin ilk 6 ayı ərzində sifarişçi təşkilatlar tərəfindən müvafiq layihələr üzrə təqdim edilmiş sənədlər əsasında 65,6 faizi və ya 1967,9 milyon manatı istifadə olunub.

Maliyyə Nazirliyindən Trend-ə verilən məlumata görə, dövlət əsaslı vəsait qoyuluşu (investisiya) xərcləri üzrə icraçılar tərəfindən verilmiş sifarişlər əsasında 758,7 milyon manat maliyyələşdirilmə həyata keçirilib ki, bu da cari ildə həmin məqsəd üçün nəzərdə tutulmuş xərclərin 28,5 faizinə bərabərdir.

Xatrıladaq ki, 2023-ci ilin birinci yarımilliyində dövlət büdcəsinin gəlirləri 15479,9 milyon manat, xərcləri 14063,3 milyon manat olub, 1416,6 milyon manat məbləğində dövlət büdcəsinin artıqlığı (profisit) yaranmışdır ki, bu da 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 147,7 milyon manat və ya 11,6 faiz çoxdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti