...

SPECA ölkələri Qarabağda aktiv fəaliyyət göstərirlər - Mikayıl Cabbarov

İqtisadiyyat Materials 21 Noyabr 2023 11:21 (UTC +04:00)
SPECA ölkələri Qarabağda aktiv fəaliyyət göstərirlər - Mikayıl Cabbarov
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

SPECA ölkələri azad edilmiş ərazilərdə aktiv fəaliyyət göstərirlər.

Trend xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Bakıda Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün BMT-nin (UN) Xüsusi Proqramının (SPECA) Həftəsi çərçivəsində “SPECA regionunun qlobal miqyaslı rabitə qovşağına çevrilməsi” mövzusunda keçirilən iqtisadi forumda deyib.

"30 il Azərbaycan suverenliyinin pozulmasından əziyyət çəkib. Hazırda Azərbaycan azad edilmiş ərazilərə investisiya yatırır. Özbəkistan azad edilmiş ərazilərdə məktəb inşa edib və digər ölkələrin fəaliyyətini yüksək qiymətləndiririk" , - deyə nazir qeyd edib.

Qeyd edək ki, Bakıda "SPECA regionunun qlobal əhatəyə malik əlaqə mərkəzinə çevrilməsi" mövzusunda "SPECA 2023 İqtisadi Forumu" (BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramı) öz işinə başlayıb.

Forum dialoqa dəstək, mövqelərin möhkəmlənməsi, ümumi çağırışlara qarşı həll axtarışları və onların reallaşdırılması üçün strategiya və planların hazırlanması məqsədilə Azərbaycanın və "SPECA"nın digər üzv ölkələrinin proqramın xidmətyönümlü, siyasət və əməkdaşlıq sahələrində məsələlərin koordinasiyası üçün çevik və strateji platforma qismində inkişafına yönəlmiş aktiv mövqeyinə əsaslanır.

Xəbər lenti

Xəbər lenti