...

Ötən il Azərbaycanın dövlət büdcəsinin kəsiri 883.7 mln. manat olub

İqtisadiyyat Materials 22 Yanvar 2024 17:17 (UTC +04:00)
Ötən il Azərbaycanın dövlət büdcəsinin kəsiri 883.7 mln. manat olub
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

2023-cü il dövlət büdcəsi kəsirinin yuxarı həddi 2734,3 milyon manat məbləğində təsdiq olunsa da faktiki kəsir 883,7 mln. manat təşkil edib.

Trend xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin yaydığı 2023-cü il üzrə Azərbaycan Respublikası dövlət və icmal büdcəsinin icrasına (operativ) dair məlumatda deyilir.

Qeyd edilib ki, dövlət büdcəsinin kəsiri 2023-cü ilin faktiki ÜDM-in 0,7 faizini təşkil etməklə, proqnozlaşdırılmış həddən 1,8 faiz-bənd azdır. (proqnoza nisbətən 1850,6 mln. manat və ya 67,7 faiz az).

Kəsirin proqnoza qarşı əhəmiyyətli dərəcədə daralması ilk növbədə fiskal orqanlar tərəfindən dövlət büdcəsinə daxilolmaların artıqlaması ilə təmin edilməsi və dövlət büdcəsinin xərclərinin 166,3 mln. manatlıq hissəsinin (0,5 faiz) icra edilməməsi hesabına olub.

2023-cü il dövlət büdcəsinin kəsirinin maliyyələşdirilməsi həmin il üçün qəbul olunmuş borclanma proqramına uyğun olaraq cəlb edilmiş vəsait (1605,2 mln. manat) və dövlət əmlakının özəlləşdirilməsindən (116,0 mln. manat) daxilolmalar hesabına həyata keçirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti