...

Taleh Kazımov Dünya Bankı ilə 2025-2028-ci illər üçün olan yeni tərəfdaşlıq çərçivəni müzakirə etdi

İqtisadiyyat Materials 6 Mart 2024 19:41 (UTC +04:00)
Taleh Kazımov Dünya Bankı ilə 2025-2028-ci illər üçün olan yeni tərəfdaşlıq çərçivəni müzakirə etdi
Kamran Qasımov
Kamran Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Mərkəzi Bankı (AMB) Dünya Bankı ilə yeni Ölkə Tərəfdaşlıq Çərçivəsinin (2025-2028-ci illəri əhatə edən) əsas istiqamətlərini müzakirə edib

Trend xəbər verir ki, bu barədə AMB-nin sədri Taleh Kazımov "X" sosial şəbəkə hesabında bildirib.

"Bu gün Mərkəzi Bankda Dünya Bankının Avropa və Mərkəzi Asiya regionu üzrə vitse-prezidenti xanım Antonella Bassaninin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşdük. Görüşdə Dünya Bankı ilə əməkdaşlığın cari vəziyyəti, həyata keçirilən layihələr və AMB ilə Dünya Bankının birgə həyata keçirdiyi texniki yardımların cari statusunu nəzərdən keçirdik", - T. Kazımov qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti