...

Bank sektorunun kapital adekvatlığı minimum requlyativ tələbi 1.7 dəfə üstələyib - Zakir Nuriyev

İqtisadiyyat Materials 14 Fevral 2025 10:30 (UTC +04:00)
Bank sektorunun kapital adekvatlığı minimum requlyativ tələbi 1.7 dəfə üstələyib - Zakir Nuriyev
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Ötən il bank sektorunun məcmu kapitalı 10.8% (0.6 mlrd. manat) artaraq 6.2 mlrd. manata çatmışdır.

Trend xəbər verir ki, bunu bu gün "Azərbaycan Banklar Assosiasiyası" İctimai Birliyinin sədri Zakir Nuriyev Bakıda keçirilən Azərbaycan Maliyyə Forumunda bildirib.

O bildirib ki, bank sektorunun kapital adekvatlığı 17.6% olmaqla minimum requlyativ tələbi (sistem əhəmiyyətli banklar üçün minimum tələb 12%, digər banklar üçün 10%) 1.7 dəfə üstələyib.

Sədr eyni zamanda, sektorun ötən il ərzində əldə etdiyi faiz gəlirinin 4 mlrd. manat, mənfəətin həcminin isə 1044.3 mln. manat təşkil etdiyini vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti