...

Bakının bir sıra parklarında yenidənqurma və abadlıq işləri aparılacaq – 57 milyon manatlıq LAYİHƏ

İqtisadiyyat Materials 27 Fevral 2025 17:46 (UTC +04:00)
Bakının bir sıra parklarında yenidənqurma və abadlıq işləri aparılacaq – 57 milyon manatlıq LAYİHƏ
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Bakı şəhərinin bir sıra səki, həyət, park və xiyabanlarında təmir, yenidənqurma və abadlıq işləri aparılacaq.

Trend-in əldə etdiyi məlumata görə, bununla bağlı Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində təsərrüfat hesablı “Bakı Şəhər Əsaslı Tikinti və Təmir” Məhdud Məsuliyyətli Cəmiyyəti müvafiq işlərə start verib.

Belə ki, sözügedən işlər Bakının 12 rayonunda - Nərimanov, Nəsimi, Səbail, Xətai, Sabunçu Nizami, Yasamal, Binəqədi, Suraxanı, Xəzər, Qaradağ, Pirallahı rayonlarının ərazisində icra olunacaq.

Qurum qeyd olunan rayonların ərazisində nəzərdə tutulan işlərin icrasının 57 milyon manata başa gələcəyini proqnozlaşdırıb.

Qeyd edək ki, bir müddət əvvəl Bakıda park, bağ, həyət və səkilərdə bərpa və yenidənqurma işlərinin layihə-smeta sənədlərinin hazırlanmasına başlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti