...

Azərbaycanda boru kəmərləri ilə yük dövriyyəsinin həcmi məlum olub

İqtisadiyyat Materials 7 Mart 2025 12:21 (UTC +04:00)
Azərbaycanda boru kəmərləri ilə yük dövriyyəsinin həcmi məlum olub
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin yanvar ayında Azərbaycanda boru kəmərləri ilə yük dövriyyəsinin həcmi 5,2 milyard ton-km olub.

Bu barədə Trend Dövlət Statistika Komitəsindən məlumat əldə edib.

Məlumata görə, bu göstərici əvvəlki ilin eyni dövrü ilə müqayisədə 390,8 milyon ton-km və ya 6,9% azdır.

Eyni zamanda hesabat dövründə boru kəmərləri ilə yük daşınmasının həcmi isə 5,8 milyon tona bərabər olub ki, bu da 2024-cü ilin yanvar ayı ilə müqayisədə 281,9 min ton və ya 4,6% azdır.

Qeyd edək ki, 2025-ci ilin yanvar ayı ərzində Azərbaycanda yük və sərnişin daşımaları əvvəlki ilin yanvar ayı ilə müqayisədə müvafiq olaraq 5,5% və 7,9% artıb. Nəqliyyat sektorunda fəaliyyət göstərən təsərrüfat subyektləri tərəfindən 18,4 milyon ton yük daşınıb. Yüklərin 4,5%-i dəniz, 8,2%-i dəmir yolu, 0,2%-i hava, 55,7%-i avtomobil nəqliyyatı ilə daşınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti