...

Azərbaycanda internetin sürəti son 4 ildə 7 dəfə artıb

İqtisadiyyat Materials 14 May 2025 11:56 (UTC +04:00)
Azərbaycanda internetin sürəti son 4 ildə 7 dəfə artıb
Əvəz Həsənov
Əvəz Həsənov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanda internetin orta sürəti 2020-ci ildə 10 Mbps idisə, 2025-ci ilin əvvəlində bu göstərici 73 Mbps-ə çatıb. Yəni 7,3 dəfə artıb.

Trend bu barədə “Ookla Speedtest”ə istinadən xəbər verir.

Məlumata görə, bununla yanaşı, ötən ilin sonuna kimi, demək olar ki, bütün ölkəni fiber-optik internetlə əhatə edib. Fiber-optik internetin 2020-ci ildə əhatə dairəsi cəmi 9% idisə, 2024-cü ildə bu göstərici 100%-ə yaxınlaşıb. Bu, xüsusilə kənd yerlərində rəqəmsal uçurumu xeyli azaldıb.

Qeyd edək ki, “Online Azərbaycan” layihəsi 2021-ci ildə başladılıb və dörd il ərzində demək olar ki, ölkədəki bütün evlərə və biznes obyektlərinə yüksək sürətli internet çəkilib, şəbəkə performansı isə xeyli yaxşılaşıb.

Layihə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən 2021-ci ildə “Telekommunikasiya və informasiya texnologiyalarının inkişafı üzrə Strateji Yol Xəritəsi” çərçivəsində başladılıb. Məqsəd ucqar bölgələrdə də daxil olmaqla, əhalinin 95%-nə orta hesabla 50 Mbps sürətində internet təqdim etmək və qiymətləri sabit saxlamaqdır. Eyni zamanda, bu addım rəqəmsal iqtisadiyyatı gücləndirmək və xarici sərmayələri cəlb etmək məqsədi daşıyır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti