...

Banklar nəqliyyat və rabitə sektoruna kredit qoyuluşlarını 13% artırıb

İqtisadiyyat Materials 24 İyul 2025 19:19 (UTC +04:00)
Banklar nəqliyyat və rabitə sektoruna kredit qoyuluşlarını 13% artırıb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin iyunun 1-nə Azərbaycanda fəaliyyət göstərən banklar və qeyri-banklar tərəfindən nəqliyyat və rabitə sektoruna qoyulmuş kreditlərin həcmi 1,9 milyard manata çatıb.

Bu barədə Trend Azərbaycan Mərkəzi Bankından (AMB) məlumat əldə edib.

Məlumata görə, bu göstərici aylıq müqayisədə 11,5 milyon manat və ya 0,6%, ötən ilin eyni dövrü ilə müqayisədə isə 219,1 milyon manat və ya 13% çoxdur.

Qeyd edək ki, ümumilikdə, hesabat dövründə Azərbaycanda real sektora kredit qoyuluşu üzrə kredit portfeli 30,2 milyard manat təşkil edib.

Bu da aylıq müqayisədə 290 milyon manat və ya 1%, 2024-cü ilin eyni dövründəki göstərici ilə müqayisədə isə 3,7 milyard manat və ya 13,9% artım deməkdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti