...

bp Azərbaycanda sosial investisiya layihələrinə xərclərini 40% artırıb

İqtisadiyyat Materials 7 Avqust 2025 18:18 (UTC +04:00)
bp Azərbaycanda sosial investisiya layihələrinə xərclərini 40% artırıb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin birinci yarısında bp və onun əməliyyatçısı olduğu birgə layihələrdəki tərəfdaşları sosial investisiya layihələrinə Azərbaycanda təxminən 0,7 milyon dollar vəsait xərcləyiblər.

Bu barədə Trend bp-yə istinadən xəbər verir.

Məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 0,2 milyon dollar və ya 40% çoxdur.

Qeyd edilib ki, ilk altı ay ərzində bu layihələrə hazırda davam edən 17 təhsil proqramı və yerli bacarıqların yaradılmasını və sahibkarlığın inkişafını dəstəkləyən 1 layihə daxil idi.

Bundan əlavə, bp ayrıca bir şirkət kimi öz adından Azərbaycanda sponsorluq etdiyi layihələrə ilin birinci yarısında təxminən 0,4 milyon dollar vəsait xərcləyib.

Bunlara hazırda davam edən 19 təhsil təşəbbüsü, yerli bacarıqların yaradılmasını və sahibkarlığın inkişafını dəstəkləyən 1 layihə, ətraf mühit üzrə 5 təşəbbüs və müxtəlif mövzularda 7 konfrans və seminara dəstək, yəni ümumilikdə 32 layihə daxildir.

Qeyd edək ki, bp və tərəfdaşlarının sosial investisiya layihələrinə təhsil proqramları, yerli icmalarda bacarıq və qabiliyyətlərin yaradılması vasitəsilə yeni imkanların açılması, icmalarda sosial infrastrukturun təkmilləşdirilməsi, maliyyə vəsaitlərinə çıxışın təmin edilməsi və təlim vasitəsilə yerli müəssisələrə dəstək, mədəni irs və idmanın inkişafına dəstək, eləcə də hökumət qurumlarına texniki yardım daxildir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti