Bakı. Trend:
Bu ilin oktyabrın 1-nə Azərbaycanda fəaliyyət göstərən banklar və qeyri-banklar tərəfindən nəqliyyat və rabitə sektoruna qoyulmuş kreditlərin həcmi 2,095 milyard manata çatıb.
Bu barədə Trend Azərbaycan Mərkəzi Bankından (AMB) məlumat əldə edib.
Məlumata görə, bu göstərici aylıq müqayisədə 172,6 milyon manat və ya 9%, ötən ilin eyni dövrü ilə müqayisədə isə 321,4 milyon manat və ya 18,1% çoxdur.
Qeyd edək ki, ümumilikdə, bu ilin oktyabrın 1-nə Azərbaycanda real sektora kredit qoyuluşu üzrə kredit portfeli 31,042 milyard manat təşkil edib.
Bu da aylıq müqayisədə 577,2 milyon manat və ya 1,9%, 2024-cü ilin eyni dövründəki göstərici ilə müqayisədə isə 2,6 milyard manat və ya 9,3% artım deməkdir.
 
                                     
                            