Bakı. Trend:
Azərbaycan və bp arasında süni intellekt, kibertəhlükəsizlik və rəqəmsallaşma sahəsində birgə əməkdaşlıq müzakirə edilib.
Trend xəbər verir ki, bu barədə rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev “X” hesabında paylaşım edib.
“bp-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Cio Kristofoli ilə görüş keçirdik. Görüş zamanı insan kapitalının inkişafı və bp ilə mümkün əməkdaşlıq istiqamətləri, həmçinin şirkətin logistika proseslərində AZCON-la birgə fəaliyyət məsələlərini müzakirə etdik. Eyni zamanda bp ilə süni intellekt, kibertəhlükəsizlik və rəqəmsallaşma sahələrində birgə addımların atılması barədə razılığa gəldik”, - paylaşımda qeyd edilib.
