...

Vergilər Nazirliyi yanvar-sentyabr ayları ərzində Azərbaycanın dövlət büdcəsinə 3,2 mlrd. manatdan çox vəsait daxil edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 20 Oktyabr 2007 12:13 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend / Vergilər Nazirliyinin məlumatına əsasən, 2007-ci ilin yanvar-sentyabr aylarında vergi daxilolmaları üzrə proqnoz 106,7 faiz icra olunub və dövlət büdcəsinə, 3 mlrd. 64,4 mln. manat əvəzinə, 3 mlrd. 268,6 mln. manat vəsait ödənilib. Ayrı-ayrı vergi növlərinə gəldikdə, proqnoz torpaq vergisi üzrə 111,8 faiz, mədən vergisi üzrə 111,4 faiz, mənfəət vergisi üzrə 109,9 faiz, əlavə dəyər vergisi üzrə 103,4 faiz, aksizlər üzrə 102,6 faiz, yol vergisi üzrə 101,7 faiz, fiziki şəxslərin gəlir vergisi üzrə 100,9 faiz, əmlak vergisi üzrə 100,4 faiz həcmində yerinə yetirilib. Yalnız sadələşdirilmiş vergi üzrə daxilolmalar proqnozlaşdırılan məbləğdən az olub- 99,6 faiz.

Xəbər lenti

Xəbər lenti