...

Azərbaycanda bir vakant iş yerinə dörd nəfər işsiz iddia edir

Biznes və iqtisadiyyat xəbərləri Materials 19 Dekabr 2007 16:23 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir İ.Xəlilova / Dövlət Statistika Komitəsinin məlumatında bildirilir ki, dekabrın 1-nə Azərbaycanda rəsmi olaraq 50 832 nəfər işsiz qismində qeydiyyatdan keçib, işsizlərin 50,1%-i qadınlardır. Noyabr ayı ərzində işsizlərin sayı 0,4% azalıb. Ölkədə bir vakant iş yerinə dörd işsiz iddia edir.

Göstərilən dövrdə ölkənin əmək qabiliyyətli əhalisinin sayı 4293,1 nəfər təşkil edib ki, onların 4007,7 nəfəri işləyir. Bu arada 1363,4 nəfər muzdla işləyir.

Dövlətin istehsalat sektorunda muzda çalışanların 13,3%-i sənaye, 4,7%-i tikinti, 2,8%-i kənd və meşə təsərrüfatında, balıqçılıq sahəsində çalışır. Xidmət sahəsinə gəlincə isə, bu sahədə çalışanların 25,3%-i təhsil, 10,1%-i səhiyyə və sosial xidmətlər, 6,8%-i nəqliyyat və rabitə, 5,8%-i kommunal və sosial sahədə, 4,8%-i daşınmaz əmlak, icarə ilə bağlı əməliyyatlar sahəsində, 3,9%-i dövlət idarəetməsi və müdafiə sahəsində, 20,1%-i topdansatış və pərakəndə ticarət, avtomobillərin, məişət avadanlıqlarıın təmiri, 2,4% isə, digər sahələrdə çalışır.

İşsizlik üzrə müavinətin orta məbləği 87,8 manat təşkil edir.

Xəbər lenti

Xəbər lenti