...

"Bakı-Minvodı" sərnişin qatarının marşrutu Kislovodska qədər uzadılacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 25 Dekabr 2007 18:41 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir S.Əliyev/ Azərbaycan Dövlət Dəmir Yo İdarəsindən çərşənbə axşamı verilən məlumata görə, 2008-ci il yanvarın 13-dən Bakı (Azərbaycan) - Minvodı (Rusiya) sərnişin qatarının marşrutu Kislovodska qədər uzadılacaq. Bundan sonra marşrut Kisolvodskdan başlanacaq.

"Bakı-Minvodı" marşrutu üzrə qatarların hərəkəti Rusiyanın Şimali Qafqaz Dəmir Yol İdarəsinin 10 illik fasiləsindən (Çeçenistanla müharibə ilə əlaqədar olaraq) sonra bərpa olunub. Bu marşrutla dörd ən iri və dörd iri plaskart vaqonların heyəti işləyir.

Xəbər lenti

Xəbər lenti