...

Parlamentarilər Azərbaycan Büdcə kodeksinin hazırlanmasını vaxtsız hesab edirlər

Biznes və iqtisadiyyat xəbərləri Materials 1 Fevral 2008 16:54 (UTC +04:00)

Azərbaycan, Bakı, 01 fevral/ " müxbir İ.Xəlilova/ İqtisadi siyasət üzrə Parlament komissiyası Büdcə kodeksinin qəbul edilməsini vaxtsız hesab edir. Komissiyanın sədri Ziyad Səmədzadənin sözlərinə görə, bu gün büdcə prosesi "Büdcə sistemi haqqında" Qanun əsasında mükəmməl şəkildə həyata keçirilir. Buna görə, kodeksin hazırlanmasına sonra qayıtmaq olar.

Belə təşəbbüslə dövlətin iqtisadi funksiyalarının daha sərfəli və səmərəli həyata keçirilməsi üçün Büdcə kodeksinin hazırlanmasını məqsədəuyğun sayan Hesablama Palatası çıxış edib. Ona maliyyə təminatının bütün aspektlərinin təmin edilməsi, o cümlədən ölkənin sosial- iqtisadi inkişafının proqnozlaşdırılması üzrə hüquqi və iqtisadi normalar, büdcə və qeyri-büdcə dövlət təşkilatlarının maliyyə-təsərrüfat fəaliyyətinin səmərəliliyi və effektvilyi daxil olmalıdır.

Bundan əlavə, onda dövlət gəlirlərinin potensialının qiymətləndirilməsi üzrə normalar, onların sosial-iqtisadi inkişafa təsrinin idarə edilməsinin mexanizm və vasitələri, dövlət xərclərinin effektivliyinin təmin edilməsi üzrə mexanizmlər, dövlət xərclərinin və ümumilikdə büdcənin proqramlaşdırma səviyyəsinin artırılması, dövlət büdcəsinin formalaşdırılması, icrası, hesabatlılığı və s. üzrə normalar qoyulmalıdır.

Dövlət büdcəsi ilə yanaşı, "möhkəmləndirilmiş büdcə" və "büdcə sistemi" kimi maliyyə institutlarının həcmi və strukturu artdığı üçün, kodeksin qəbul edilməsi vacibdir.

Maliyyə Nazirliyi büdcə prosesinin yaxşılaşdırılmasında maraqlıdır və ortamüddətli proqnozlaşdırma sistemi hazırlayır. Bu sistem çərçivəsində, büdcə xərcləri üzrə ən azı üç illik proqnozlar hazırlanır.

Xəbər lenti

Xəbər lenti