...

2008-ci ildə Azərbaycanda iki yenidən qurulmuş hava limanı istifadəyə veriləcək - AZAL-ın baş direktorunun birinci müavini

Biznes və iqtisadiyyat xəbərləri Materials 12 Fevral 2008 18:19 (UTC +04:00)
2008-ci ildə Azərbaycanda iki yenidən qurulmuş hava limanı istifadəyə veriləcək - AZAL-ın baş direktorunun birinci müavini

Azərbaycan, Bakı, 12 fevral/ Trend , müxbir Ü. İsmayılova/Bu il AZAL Dövlət Konserni dəyəri $51,1 mln. olan Lənkəran və $27,5 mln. olan Zaqatala hava limanının yenidən qurulmasını başa çatıdıracaq. Bu barədə çərşənbə axşamı Dövlət Konserninin baş direktorunun birinci müavini Sabir İlyasov məlumat verib.

Yenidənqurma başa çatdıqdan sonra AZAL Bakıdan bu iki istiqamət üzrə uçuşların həyata keçirilməsinə başlayacaq. Zaqatala hava limanına uçuşların may-iyunda, Lənkərana isə, sentyabr-oktyabrda başlanacağı güman edilir.

Lənkəran hava limanı Azərbaycanın cənub, Zaqatala hava limanı isə, şimal-qərb regionunda yerləşir.

Uçuşlar Fransanın ATR şirkətindən əldə edilmiş təyyarlər vasitəsilə həyata keçiriləcək. Hazırda İlyasov, hazırda Azərbaycanda bu markalı iki təyyarənin istismar edildiyini, avqustadək daha dörd təyyarə alınacağını bildirib.

İlyasov bildirib ki, ATR təyyarələri ölkəyə aprel, may, iyun və avqustda gətiriləcək. Ölkədəki iki təyyarə həm respublikadaxili (Bakı-Naxçıvan və Bakı-Gəncə), həm də onun sərhədlərindən kənara (Bakı-Tbilisi, Bakı-Tehran, Bakı-Minvodı, Bakı-Aktau) reyslər həyata keçirir.

Hava limanlarının yenidən qurulması dövlət büdcəsi vəsaitləri ilə yanaşı, Dövlət Konserninin vəsaitləri (yeni avadanlığın alınması və quraşdırılması) hesabına həyata keçirilir. Bu il dövlət büdcəsindən Lənkərandakı hava limanının yenidən qurulmasına $17,8 mln. , Zaqataladakına isə $10,4 mln. ayrılıb.

Gələcəkdə Lənkəran hava limanından beynəlxalq reyslərin həyata keçirilməsi mümkündür.

AZAL Fransanın ATR markalı təyyarələr buraxan aviatikinti şirkətində iki ATR - 42-500S və dörd ATR - 72-500S təyyarəsinin alışı üçün sifariş yerləşdirib.

Məqalə müəllifinin ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti