...

"ZAMİNBANK" ASC Milli "Uğur" mükafatına layiq görülüb

Biznes və iqtisadiyyat xəbərləri Materials 20 Fevral 2008 17:17 (UTC +04:00)

Azərbaycan, Bakı, 20 fevral / " / "ZAMİNBANK" ASC ötən həftə "Bank inkişafının uğurlu strategiyası" nominasiyası üzrə milli "Uğur" mükafatına layiq görülüb. Bu barədə bankın çərşənbə günü yayılan məlumatnda bildirilir.

"Uğur" milli mükafatı biznes və iqtisadiyyat sahəsindəki uğurlara görə verilir.

"Bank məhsularının inkişafına töhfə" nominasiyası üzrə mükafat ikinci ildir ki, 2006-cı ildə Azərbaycanda ilk dəfə olaraq "Caspian Money Transfer" beynəlxalq pul köçürmələri sistemini yaradan "ZAMİNBANK" ASC-ə təqdim edilir.

"ZAMİNBANK" 1992-ci ildə yaradılıb. On beş illik fəaliyyəti dövründə şirkət maliyyə bazarında 19 filial, dörd bölmə, 36 bank ofisi, hüquqi və fiziki şəxslərə geniş bank xidmətləri göstərən Moskva nümayəndəliyinə malik olub.

Xəbər lenti

Xəbər lenti