...

Dünya Bankı Baş Planın hazırlanmasında Azərbaycana yardım edəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 2 Aprel 2008 16:49 (UTC +04:00)

Azərbaycan, Bakı, 02 aprel / " müxbir Ü.İsmayılova/ Memarlıq və şəhərsalma üzrə Dövlət Komitəsi Azərbaycanın Baş Planını hazırlayır. Bu haqda çərşənbə günü Komitənin beynəlxalq münasibətlər şöbəsinin müdiri Cahangir Qocayev məlumat verib.

O bildirib ki, artıq Şəki, Şamaxı, Yevlax, Masallı rayonlarının planları hazırdır. Qocayev bildirib ki, bütün Azərbaycanın baş planı hələ də Dünya Bankının dəstəyi ilə hazırlanır.

Dünya bankı 2007-ci ilin iyununda kiçik şəhərlərdə su təchizatı və kanalizasiya sisteminin yaxşılaşdırılması üçün dəyəri 230 mln. dollar olan layihəni təsdiqləyib. Layihəyə Azərbaycanın 22 rayonunun daxil edilməsi planlaşdırılıb. Layihə 3 komponenti özündə birləşdirir. İlk komponent çərçivəsində, kiçik şəhərlərdə su təchizatı və kanalizasiya infrastrukturu, şəbəkə və təmizləyici obyektlərinə sərmayə qoyuluşu və onların yenidən bərpası nəzərdə tutulur. İkincidə "Böyük Bakı"nın və Abşeron yarımadasının su təchizatı sisteminin inkişafına texniki yardım nəzərdə tutulub.

Layihənin üçüncü komponentiə "Azərsu" SC-nin institutsional modernləşdirilməsi, maliyyə hesabatı üzrə yeni beynəlxalq standartların tətbiqi və bilinq sisteminin ( sərf olunmuş suya görə ödənişlərin yığılması) yaxşılaşdırılması daxildir.

Layihənin reallaşdırılmasına 2012-ci ildən başlanılması nəzərdə tutulur.

Məqalənin müəllifi ilə əlaqə saxlamaq üçün [email protected] ünvanı ilə əlaqə saxlamaq olar.

Xəbər lenti

Xəbər lenti