...

BMK İpoteka kreditlərinin verilməsində Azərbaycan banklarının etibarını nəzərə alacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 7 Aprel 2008 17:55 (UTC +04:00)

Azərbaycan, Bakı, 07 aprel / Trend , İ.Xəlilova / Azərbaycanın bank sektoru böyük deyil, ona görə də, Beynəlxalq Maliyyə Korporasiyası (BMK) bütün bankların İpoteka krediti üçün sərmayələrin qoyulması imkanlarını nəzərdən keçirir. Bu barədə keçən həftə Bakıya səfər etmiş BMK-in vitse -prezidenti Deklan Daffın rəhbərliyilə nümayəndə heyətinin tərkibində olan, MDB-də yaşayış maliyyələşdirilməsi sahəsinə BMK -nin Texniki Yardım Proqramının rəhbəri Yelena Klepikova bildirib.

" BMK uzunmüddətli sərmayələrin qoyulmasını nəzərə almaqla, pis maliyyə mənbəyi deyil, lakin əsas məsələ bankların etibar risklərini müəyyən etməkdir. Korporasiya öz üzərinə maliyyə risklərini götürə bilər, siyasi və etibar risklərini yox" -deyə Klepikova qeyd edib.

BMK-nin vitse-prezidenti uzunmüddətli ipoteka kreditlərinin təmin olunması, məsləhət xidmətlərinin göstərilməsini özündə əks etdirən "Housing Finance" İpoteka proqramı çərçivəsində, Azərbaycan bankları ilə əməkdaşlıq etməyə hazır olduğunu bilidirb.

"BMK-nin əsas məqsədi Azərbaycanda yaşayış maliyyələşdirilməsinin effektivliyini artırmaq və ölkədə ipoteka kreditlərinin əldə olunması şərtlərini sadələşdirməkdir, bu da xaricdən götürülmüş ipotekanın istifadəsi ilə mümkündür" - deyə Daff bildirib.

BMK-nın Azərbaycandakı nümayəndəsi Aliyə Əzimovanın əvvəllər verdiyi məlumata görə, Maliyyə Korporasiyası Azərbaycanda yaşayışın maliyyələşdirilməsinə 30-35 mln. dollar yönəltmək niyyətindədir. Əzimova hesab edir ki, bu vəsaitlər hesabına üç-dörd bankı əhatə etmək olar. Yaşayış maliyyələşdirilməsinə qoyulan ilk kredit "UniBank"a ayrılıb və BMK keçən həftə yeddi illik müddətlə 15 mln. dollar məbləğin ayrılması haqqında kredit müqaviləsi imzalayıb.

Hazırda Azərbaycanın İpoteka bazarı 150 mln. dollar təşkil edir.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti