Azərbaycan, Bakı, 08 avqust/ Trend , İ.Xəlilova/ Azərbaycan Milli Bankı 2008-ci ilin ilk yarımilində Azərbaycanın ticarət tərəfdaşlarının valyutalarına nisbətdə manatın məzənnəsinin nominal effektivliyinin ucuzlaşması tempinin (NEM) ötən ilin dekabrı ilə müqayisədə azalmasını təsdiq edir, - cümə günü AMB-dən deyiblər. Ümumi ticarət dövriyyəsində məzənnə 0,9 faiz, ixracda 2,6 faiz azalıb, idxalda isə 1,1 faiz artıb.
AMB-nin hesablamalarına görə, yanvar-iyunda NEM neft sektoru üzrə ümumi ticarət dövriyyəsində 2007-ci ilin sonuna nisbətdə 0,7 faiz, idxalda 0,6 faiz, ixracda isə 1,1 faiz möhkəmlənib.
2008-ci ilin yanvar-iyununda xarici ticarətdə (neft sektoru nəzərə alınmaqla) NEM 2000-ci ilin dekabrna nisbətdə 15,4 faiz, idxalda 6,9 faiz, ixracda 21,3 azalıb. Qeyri-neft sektorunda manatın ümumi ticarət dövriyyəsində NEM-i 2,2 faiz, idxalda 4 faiz azalıb, ixracda isə 7,8 faiz artıb.
Avqustun 8-nə rəsmi valyuta məzənnəsi 0,8109 AZN/USD-dır.