Bakı. Trend:
Türkiyənin ilk kosmonavtı Alper Gezeravcı 8 Noyabr – Zəfər Günü münasibətilə Bakının kosmosdan çəkilmiş fotolarını sosial media hesablarında paylaşaraq Azərbaycan xalqını təbrik edib.
Trend bu barədə kosmonavtın "X" hesabına istinadən xəbər verir.
Gezeravcı paylaşımında bildirib:
“8 Noyabr Zəfər Gününüz mübarək!
Kosmosdan baxanda sərhədlər görünmür, amma bir millətin əzmi, inamı və mübarizəsi bütün Yer üzündən hiss olunur.
Azərbaycan xalqının qəhrəmanlığı ilə qazanılan bu böyük zəfər sadəcə bir torpaq uğuru deyil, həm də müstəqilliyin, birliyin və qardaşlığın göylərə yazılmış rəmzidir.
Can Azərbaycanın Zəfər Gününü ürəkdən təbrik edirəm.”
