...

Füzulidə Zəfər Gününə həsr olunan atəşfəşanlıq keçirilib (FOTO)

Cəmiyyət Materials 8 Noyabr 2025 19:59 (UTC +04:00)
Füzulidə Zəfər Gününə həsr olunan atəşfəşanlıq keçirilib (FOTO)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

2023-cü ildə Böyük Qayıdışın ünvanlarından biri olan Füzuli şəhəri bu il Zəfər Gününü öz doğma sakinləri ilə birlikdə qeyd edib. Bir zamanlar işğal dövründə xarabalığa çevrilən şəhər indi yenidən dirçəlir və həyatın canlandığı məkana çevrilib. Artıq Füzuliyə qayıdan ailələr bu əlamətdar günü doğma torpaqlarında qeyd etmək imkanı qazanıblar.

Trend-in bölgə müxbirinin məlumatına görə, Füzuli şəhərində Zəfər Günü münasibətilə keçirilən silsilə tədbirlər möhtəşəm atəşfəşanlıqla yekunlaşıb. Gün ərzində şəhərdə “Zəfərin Mübarək, Azərbaycan” adlı konsert proqramı təşkil olunub, Kurmanqazi Uşaq Yaradıcılıq Mərkəzində şagirdlərin əl işlərindən ibarət sərgi açılıb, “Zəfər Günü uşaqların gözü ilə” mövzusunda ustad dərsləri keçirilib. Tədbirlər çərçivəsində “Zəfər Salnaməsi” adlı film də nümayiş etdirilib.

Xəbər lenti

Xəbər lenti