Gürcüstan, Tbilisi, 03 sentyabr/ Trend , müxbir N.Kirtsxaliya/ "Gürcüstan nəinki ölkədəki Rusiya sərmayələrinə yardım etməyə, həmçinin, yeni sərmayələr cəlb etməyə hazırdır", - bu ölkənin iqtisadi inkişaf naziri Yekaterina Şaraşidze jurnalistlərlə söhbətində bildirib.
"Rusiya qoşunlarının ərazimizi işğal etməsi ilə əlaqədar, bu gün RF rəhbərliyi ilə münasibətlərimiz ağır olsa da, bu, özümüzü Moskva kimi aparacağımız demək deyil", - nazir qeyd edib.
2008-ci il yanvarın 1-nə Gürcüstanın Rusiyaya dövlət borcu təxminən $120 mln. təşkil edib.
Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan cap