Azərbaycan, Bakı, 24 noyabr/ Trend , müxbir Ü.İsmayılova/ "Azərbaycanda avtomobil sığortası həcmlərinin azalması sığortaçıların portfelinin diversifikasiyasına gətirəcək", - Azərbaycan Maliyyə Nazirliyi Dövlət Sığorta Nəzarəti Şöbəsinin rəhbəri Namiq Xəlilov bazar ertəsi bildirib.
"Bəzi sığorta şirkətləri əvvəllər bizneslərini yalnız avtomobil sığortası üzərində qururdular ki, bu da yalnız bu sığorta növü üzrə risklərin akkumulyasiyasına gətirirdi", - Xəlilov bildirib.
Onun sözlərinə görə, yaranmış vəziyyətdə müsbət tərəfdə var. Belə ki, mövcud vəziyyət sığorta şirkətlərini müflisləşməkdən qaçmaq üçün digər sığorta növlərini inkişaf etdirməyə məcbur edəcək.
Azərbaycanın əksər bankları, dünya maliyyə böhranının təsiri ilə, avqustda avtomobil alqısına kreditlərin verilməsini dayandırıblar ki, bu da ölkənin sığorta bazarına təsir göstərib. Bazar iştirakçılarının rəyinə görə, respublikada avtomobillərin 80 faizi bank kreditləşdirməsi vasitəsilə satılır ki, bu da sığorta şirkətlərinin sığorta haqlarının həcminin xeyli azalmasına təsir göstərib.
Azərbaycanda 28 sığorta və bir təkrarsığorta şirkəti fəaliyyət göstərir.
Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]