...

Azərbaycan sığorta şirkəti birinci rüb üzrə nəticələri açıqlayıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 29 Aprel 2009 20:37 (UTC +04:00)

Azərbaycan, Bakı, 29 aprel / Trend , müxbir Ü.İsmaylova /

2009-cu ilin birinci rübündə "Ata Sığorta" ASC-yə daxil olmuş sığorta ödəmələri 1,037 milyon manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 19,3% çoxdur. Bu barədə şirkətin yaydığı məlumatda deyilir.

"Ata Sığorta"-nın sığorta halları ilə bağlı apardığı ödəmələr 120,7 min manat təşkil edib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 25,3% azdır. Sığorta gəlirləri sırasında əsas yeri tibbi sığorta (361,7 min manat) və avtomobil nəqliyyatı vasitələrinin sığortası (350,6 min manat) tutur. Bundan sonra əmlakın yanğından sığortası (117,2 min manat), yanğından məcburi sığorta (89,3 min manat), bədbəxt hadisələrdən sığorta (35,6 min manat) və digər sığorta növləri gəlir.  

Sığorta ödənişlərinin böyük hissəsi avtonəqliyyat vasitələrinin sığortalanmasının payına düşür (113,8 min manat).

"Ata Sığorta" ASC sığorta bazarında 2004-cü ilin sentyabrından fəaliyyət göstərir. Şirkətin təsisçisi "Ata Holding"dir və nizamnamə kapitalı 2 milyon manat təşkil edir.

Aprelin 29-na olan rəsmi məzənnə 0,8034 AZN/USD təşkil edir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti