...

Azərbaycan turizm obyektlərinin nümayəndələri Türkiyə təcrübəsi keçirlər

Biznes və iqtisadiyyat xəbərləri Materials 12 May 2009 17:58 (UTC +04:00)

Azərbaycan, Bakı, 12 may / Trend , müxbir Ü.İsmayılova /

Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyi Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi ilə birgə mehmanxana, restoran menecerləri və xidmət bölmələri müdirləri üçün Qəbələ rayonunda seminar keçirib. Bu barədə nazirliyin çərşənbə axşamı yayılan məlumatında bildirilir.

Seminarın əsas mövzuları: "İdarəçilərin təlimçi olaraq hazırlanması", "Sosial davranışlar", "Yemək-içmək servisi",  "Qeyd-qəbul bölməsi" və "Yemək hazırlanması".

Həmin kurslar Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin 4 mütəxəssisi tərəfindən aparılıb. Kurslarda Şamaxı və Balakən rayonlarının turizm obyektlərinin 105 nümayəndəsi iştirak edib.

Seminarın yekununda iştirakçılara sertifikatlar verilib.   

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti