...

Azərbaycan qiymətli kağızlar bazarında yeni alət peyda olacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 3 İyul 2009 20:21 (UTC +04:00)

Azərbaycan, Bakı, 03 iyul / Trend , müxbir N.İsmayılova /

"Azərbaycanın qiymətli kağızlar bazarında yeni alət peyda olacaq - konversiya edilə bilən borc istiqrazları", - cümə günü Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin (QKDK) sədri Rüfət Aslanlı deyib.

"Biz bazarda yeni növ korporativ qiymətli kağızı tətbiq etməyi planlaşdırırıq. Ona potensial emitentlərdən biri maraq göstərib və bununla əlaqədar olaraq komitəyə müraciət edib", - Aslanlı bildirib.

Onun sözlərinə görə, ümumilikdə qiymətli kağızlar bazarına, həm qiymətli kağızların buraxılışına, həm də potensial sərmayədarların xidmətlərinə maraq var.

"Düşünürük ki, bir neçə ay ərzində bu kağızların qiymətli kağızlar bazarına çıxışı həyata keçirilə bilər", - Aslanlı bildirib.

Aslanlının sözlərinə görə, son beş ay ərzində korporativ qiymətli kağızlar bazarında, həm ilkin, həm də təkrar bazarda təxminən 50 faizlik canlanma hiss olunur.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti