...

ADA şirkətlər qrupu dövriyyə kapitalının bərpa edilməsi üçün maliyyə paketi almağa hazırlaşır

Biznes və iqtisadiyyat xəbərləri Materials 7 Dekabr 2009 17:03 (UTC +04:00)
İstanbulda Beynəlxalq Maliyyə Korporasiyasının (IFC) yerli ofisində Qara dəniz Ticarət və İnkişaf Bankının rəhbərliyi ilə ADA şirkətlər qrupunun ("Almalı" supermarketlər şəbəkəsinin operatoru) menecment və səhmdarları arasında görüş keçirilib.
ADA şirkətlər qrupu dövriyyə kapitalının bərpa edilməsi üçün maliyyə paketi almağa hazırlaşır

Azərbaycan, Bakı, 07 dekabr / Trend /

İstanbulda Beynəlxalq Maliyyə Korporasiyasının (IFC) yerli ofisində Qara dəniz Ticarət və İnkişaf Bankının rəhbərliyi ilə ADA şirkətlər qrupunun ("Almalı" supermarketlər şəbəkəsinin operatoru) menecment və səhmdarları arasında görüş keçirilib. Bu barədə ADA-dan bazar ertəsi yayılan məlumatda deyilir.

"Tərəflər qrupun dövriyyə kapitalının bərpa edilməsi çərçivəsində iki maliyyə institutu tərəfindən verilən uyğunlaşdırılmış maliyyə paketinin parametrlərini müzakirə ediblər", - məlumatda deyilir.

Belə maliyyələşmə vasitəsi Azərbaycan bazarında yenilik deyil. Maliyyələşmənin bənzər sxemi Avropa Yenidənqurma və İnkişaf Bankı tərəfindən ölkənin bank sektorunda uğurla həyata keçirilib.

Xəbər lenti

Xəbər lenti