...

Belçikadan Əfqanıstana uçan hərbi təyyarə hələ Azərbaycandadır

Biznes və iqtisadiyyat xəbərləri Materials 10 Mart 2010 14:38 (UTC +04:00)
Brüssel-Bakı-Qəndəhar marşrutu ilə uçan və çərşənbə axşamı Bakıda ekstern enmə həyata keçirən hərbi təyyarə hələ də Bakıdadır. Bunu çərşənbə günü "Azərbaycan Hava Yolları" (AZAL) QSC-nin mətbuat xidmətinin rəhbəri Məhərrəm Səfərli deyib.
Belçikadan Əfqanıstana uçan hərbi təyyarə hələ Azərbaycandadır

Azərbaycan, Bakı, 10 mart / Trend , müxbir E.İsmayılov/

Brüssel-Bakı-Qəndəhar marşrutu ilə uçan və çərşənbə axşamı Bakıda ekstern enmə həyata keçirən hərbi təyyarə hələ də Bakıdadır. Bunu çərşənbə günü "Azərbaycan Hava Yolları" (AZAL) QSC-nin mətbuat xidmətinin rəhbəri Məhərrəm Səfərli deyib.

Səfərlinin sözlərinə görə, "Hercules С-130" markalı təyyarə yerli vaxtla saat 11:06-da Bakıya enib. Bundan əvvəl saat 09:50-də isə Bakıda ona yanacaq doldurulub. Türkmənistan ərazisi üzərində uçuş zamanı ikinci mühərrikdə yanğın baş verməsi ilə bağlı şübhə yaranıb və buna görə də ekstern enmə barədə qərar qəbul olunub.

"Təyyarə yerə enərkən heç bir problem yaranmayıb", - Səfərli bildirib.

Onun sözlərinə görə, təyyarənin heyətində səkkiz nəfər ekipaj üzvü və 14 hərbçi olub. Hazırda onlar mehmanxanada yerləşdirilib.

Səfərli təyyarənin hərbi olduğuna istinad edərək, təmir işlərinin aparılacağı və təyyarənin yola düşəcəyi vaxtı açıqlamayıb.

Xəbər lenti

Xəbər lenti