...

Aprelin ortalarında Bakı-Tbilisi-Qars dəmiryol layihəsi üzrə tikinti işləri bərpa olunacaq - Azərbaycan nəqliyyat nazirinin müavini

Biznes və iqtisadiyyat xəbərləri Materials 16 Mart 2010 18:50 (UTC +04:00)
Aprelin ortalarında Bakı-Tbilisi-Qars dəmiryolunun açılışı layihəsi üzrə tikinti işləri bərpa olunacaq. Tikinti işləri dekabrda hava şəraitinin pis olması ilə əlaqədar dayandırılmışdı.
Aprelin ortalarında Bakı-Tbilisi-Qars dəmiryol layihəsi üzrə tikinti işləri bərpa olunacaq - Azərbaycan nəqliyyat nazirinin müavini

Azərbaycan, Bakı, 16 mart / Trend , müxbir İ.Xəlilova/

Aprelin ortalarında Bakı-Tbilisi-Qars dəmiryolunun açılışı layihəsi üzrə tikinti işləri bərpa olunacaq. Tikinti işləri dekabrda hava şəraitinin pis olması ilə əlaqədar dayandırılmışdı. Bu barədə çərşənbə axşamı Bakıda Azərbaycan nəqliyyat nazirinin müavini Musa Pənahov məlumat verib.

Onun sözlərinə görə, layihənin maliyyələşdirilməsi ilə bağlı heç bir problem yoxdur. Planlaşdırıldığı kimi, 2011-ci ildə tikinti işləri başa çatdırılacaq. 2012-ci ildə dəmiryol istismara veriləcək.

Bakı-Tbilisi-Qars layihəsi çərçivəsində 76 km Türkiyə, 29 km Gürcüstan ərazisindən keçən yeni 105 kilometrlik dəmiryol magistralının tikintisi planlaşdırılır. Bundan əlavə, Gürcüstanda yükötürmə qabiliyətinin ildə 15 milyon tonadək artırılması üçün 183 kilometrlik Axalkalaki-Marabda-Tbilisi dəmiryol məntəqəsi bərpa ediləcək. Həmçinin, Axalkalakidə Gürcüstanda olan dəmiryoldan qatarların Avropaya keçməsi üçün məntəqənin inşa edilməsi planlaşdırılır.

Gürcüstan ərazisində tikintinin maliyyələşdirilməsi Azərbaycan Dövlət Neft Fondunun Gürcüstana verilmiş 200 milyon dollar həcmində krediti hesabına həyata keçirilir.

Xəbər lenti

Xəbər lenti