...

Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyinin balansında 80 gəmi var

Biznes və iqtisadiyyat xəbərləri Materials 3 İyul 2010 11:31 (UTC +04:00)
Bu barədə Dövlət Xəzər Dəniz Gəmiçiliyinin rəisi Aydın Bəşirovun "Azərbaycan" qəzetində dərc olunan məqaləsində deyilir.
Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyinin balansında 80 gəmi var

Azərbaycan, Bakı, 3 iyul /Trend/

Hazırda Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyinin balansında 80 gəmi var. Bu barədə Dövlət Xəzər Dəniz Gəmiçiliyinin rəisi Aydın Bəşirovun "Azərbaycan" qəzetində dərc olunan məqaləsində deyilir.

Məqalədə deyildiyinə görə, onlardan 43-ü tanker və 37-si isə quru yük gəmisi və bərədir.

Gəmiçiliyin bütün gəmilərinin ümumi dedeveyti 486 min tondan çoxdur.

2009-cu ildə Dövlət Xəzər Dəniz Gəmiçiliyi tərəfindən müxtəlif təyinatlı 13,2 milyon ton yük nəql edilib. Yüklərin ümumi həcmindən 9,86 milyon ton tankerlərlə, 1,03 milyon ton quru yük gəmiləri ilə, qalan 2,3 milyon ton isə bərələrlə daşınıb.

Xəbər lenti

Xəbər lenti