...

Azərbaycan bankı "Bank Silk Way"in səhmləri Bakı Fond Birjasının qeyri-kotirovka vərəqəsinə daxil edilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 19 İyul 2010 20:50 (UTC +04:00)
İyulun 28-dən "Bank Silk Way" ASC-nin 9,9 milyon manat məbləğində qeydə alınan adi sənədsiz adlı səhmlərinin yerləşdirilməsinə başlanacaq.
Azərbaycan bankı "Bank Silk Way"in səhmləri Bakı Fond Birjasının qeyri-kotirovka vərəqəsinə daxil edilib

Azərbaycan, Bakı, 19 iyul /Trend/

İyulun 28-dən "Bank Silk Way" ASC-nin 9,9 milyon manat məbləğində qeydə alınan adi sənədsiz adlı səhmlərinin yerləşdirilməsinə başlanacaq. Bu barədə Bakı Fond Birjasının bazar ertəsi yayılan məlumatında deyilir.

"Bank "Bakı Fond Birjası" QSC-yə (BFB) "Bank Silk Vey"in adi sənədsiz adlı səhmlərinin fondun qeyri-kotirovka vərəqəsinə salınması ilə bağlı müraciət edib", - məlumatda qeyd olunub.

Emissiyaların prospektinə əsasən yerləşdirmə Bakı Fond Birjasında açıq yazışma yolu ilə keçiriləcək. Səhmlərin yerləşdirilməsi üzrə anderrayter rolunda "Standard Capital" MMC çıxış edəcək.

İyulun 19-na olan rəsmi məzənnə 0,8037 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti