...

"Almatı-Bakı-Almatı" əlavə aviareysi açılır

Biznes və iqtisadiyyat xəbərləri Materials 21 İyul 2010 14:26 (UTC +04:00)
Avqustun 6-dan etibarən "Air Astana" "Almatı-Bakı-Almatı" əlavə aviareysini açacaq, - çərşənbə axşamı aviaşirkətin Bakı nümayəndəliyindən xəbər veriblər.
"Almatı-Bakı-Almatı" əlavə aviareysi açılır

Аzərbaycan, Bakı, 21 iyul /Trend, müxbir E.İsmayılov/

Avqustun 6-dan etibarən "Air Astana" "Almatı-Bakı-Almatı" əlavə aviareysini açacaq,  - çərşənbə axşamı aviaşirkətin Bakı nümayəndəliyindən xəbər veriblər.

Hal-hazırda bu marşrut üzrə aviareyslər çərşənbə və bazar günləri, avqustun 6-dan etibarən isə əlavə olaraq cümə günləri də həyata keçiriləcək.

Çərşənbə günləri "A-320" avialayneri Bakıdan yerli vaxtla 13:55-də, bazar günləri isə 13:35-də uçur. Cümə günləri təyyarə Azərbaycanın paytaxtından Bakı vaxtilə 13:45-də uçacaq.

Uçuş biletlərinin qiyməti bir istiqamətə 237 manatdan başlayır, iki istiqamətə isə 456 manat təşkil edir.

Xəbər lenti

Xəbər lenti