...

Türkmənistanda ilk beynəlxalq investisiya şirkətinin yaradılması prosesi gedir

Biznes və iqtisadiyyat xəbərləri Materials 4 Oktyabr 2010 11:17 (UTC +04:00)
Türkmənistanda Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası və ölkənin Dövlət Xarici-İqtisadi Fəaliyyət Bankının iştirakı ilə birgə ilk beynəlxalq investisiya şirkətinin yaradılması üzərində hazırlıq işləri gedir.
Türkmənistanda ilk beynəlxalq investisiya şirkətinin yaradılması prosesi gedir

Türkmənistan, Aşqabad, 4 oktyabr /Trend, müxbir H.Həsənov/

Türkmənistanda Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası və ölkənin Dövlət Xarici-İqtisadi Fəaliyyət Bankının iştirakı ilə birgə ilk beynəlxalq investisiya şirkətinin yaradılması üzərində hazırlıq işləri gedir. Bu barədə bankın bazar ertəsi yaydığı məlumatda deyilir.

Beynəlxalq investisiya şirkətinin yaradılmasının əsas ideyası və məqsədi Türkmənistanda özəl sektorun gələcək inkişafına yardımdır. Bu yardım xarici sərmayədarların, kiçik və orta biznes müəssisələrinin nizamnamə kapitalında pay iştirakı vasitəsilə birbaşa investisiyalarla bağlı işlərin fəallaşdırılması yolu ilə həyata keçiriləcək.

Şirkətin fəaliyyəti xidmətlər, telekommunikasiya, istehsal müəssisələri, inşaat, infrastrukturun inkişafı kimi sahələrin stimullaşdırılmasına yönəldiləcək və özəl sektorun müəyyən dərəcədə formasını dəyişməsinə imkan verəcək. İkinci mühüm istiqamət sahə müəssisələrinin maddi-texniki təminatının genişləndirilməsi olacaq və bu, istehsal avadanlıqları və nəqliyyatın lizinqə verilməsi hesabına olacaq.

Özəl Sektorun İnkişafı üzrə İslam Korporosiyası və Dövlət Xarici-İqtisadi Fəaliyyət Bankı arasında qarşılıqı anlaşma haqqında memorandumun imzalanması oktyabrın 17-19-da Aşqabadda keçiriləcək II Beynəlxalq investisiya forumu çərçivəsində planlaşdırılır.

Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası İslam İnkişaf Bankı qrupuna daxil olan beynəlxal maliyyə institutudur. Korporasiya 1999-cu ildə yaradılıb.

Hazırda İslam İnkişaf Bankının 45 üzvü və 5 maliyyə institutu korporasiyanın səhmdarıdır. Korporasiyanın yaradılmasında məqsəd özəl müəssislərin fəaliyyətinin fəal stimullaşdırılması vasitəsilə üzv ölkələrin iqtisadi inkişafına yardımdır. Korporasiya özəl sahibkarlıq sahələrində, qiymətli kağızlar bazarının inkişafı, idarəetmə təcrübəsinin yaxşılaşdırılması və bazar iqtisadiyyatının yüksəldilməsi sahəsində layihələr üzrə məsləhətlərin verilməsi, genişləndirilməsi və modernləşdirilməsi kimi xidmətlər göstərir.

Xəbər lenti

Xəbər lenti