...

Dəmiryolda daşımalar üzrə tariflər artırılmalıdır - nazir

Biznes və iqtisadiyyat xəbərləri Materials 12 Oktyabr 2010 14:46 (UTC +04:00)
Dəmiryolda daşımalar üzrə tariflər artırılmalıdır. Bu barədə çərşənbə axşamı Azərbaycanın nəqliyyat naziri Ziya Məmmədov bidlirib. Lakin o, konkret rəqəmləri açıqlamayıb.
Dəmiryolda daşımalar üzrə tariflər artırılmalıdır - nazir

Azərbaycan, Bakı, 12 oktyabr /Trend, müxbir E.İsmayılov/

Dəmiryolda daşımalar üzrə tariflər artırılmalıdır. Bu barədə çərşənbə axşamı Azərbaycanın nəqliyyat naziri Ziya Məmmədov bidlirib. Lakin o, konkret rəqəmləri açıqlamayıb.

Onun sözlərinə görə, bu zəruridir. Çünki dəmiryol öz sosial problemlərinin həllini özü maliyyələşdirməli, öz texniki bazasının inkişafını təmin etməlidir.

Bu gün Azərbaycanda ən ucuz daşımalar məhz dəmiryol vasitəsilə həyata keçirilir.

"Dəmiryolla daşımaların maya dəyəri çox yüksəkdir. Hər il dəmiryolla yükdaşımalara subsidiyalar ayrılır ki, bu da əslində yolverilməzdir. (...) Və ona görə də tariflər artırılmalıdır", - Məmmədov deyib.

Xəbər lenti

Xəbər lenti