...

"Başak-İnam Sığorta Şirkəti" ASC və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı"Gələcəyimizi Sığortalayaq" adlı layihəyə start verdi

Biznes və iqtisadiyyat xəbərləri Materials 21 Aprel 2011 10:46 (UTC +04:00)
"Başak-İnam Sığorta Şirkəti" ASC və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı Azərbaycan Respublikasında gənclərin sosial-iqtisadi həyatda fəal iştirakının təmin edilməsi,
"Başak-İnam Sığorta Şirkəti" ASC və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı"Gələcəyimizi Sığortalayaq" adlı layihəyə start verdi

"Başak-İnam Sığorta Şirkəti" ASC və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı Azərbaycan Respublikasında gənclərin sosial-iqtisadi həyatda fəal iştirakının təmin edilməsi, onların intellektual və yaradıcılıq potensialının ümummilli məsələlərin həllinə yönəldilməsi, gənclərin menecment sahəsində fəal iştirakına şərait yaratmaq, gənc mütəxəssislərin işlə təminatı və digər sosial-iqtisadi problemlərin həllini təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən 6 aprel 2011-ci il tarixdə imzalanan "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramı haqqında Sərəncamını əsas tutaraq aşağıda göstərilən sahələrdə əməkdaşlıq məqsədilə protokolunu imzalamışdırlar:

- Tələblər arasında sığorta maarifçiliyinin yayılması;

- Tələbələrin sığortaçılıq biliklərinə yiyələnərək gələcəkdə işlə təmin olunma imkanlarının yaradılması;

- Tələbələrin özəl sektorda praktiki təcrübə imkanlarının dəstəklənməsi.

Bu protokol imzalandığı 20.04.2011-ci il tarixindən etibarən 1 il ərzində qüvvədə olacaqdır. Layihə çərçivəsində I, II, III kurs tələbələri pulsuz təlimlər, əvəzsiz təcrübə, gələcəkdə iş yeri qazanmaq və s. bu kimi imkanlar qazanacaqlar. Layihənin ilkin mərhələsi aprel ayının sonunda başlayaraq may ayının sonlarında bitəcək. Tələbələr həftədə 2 dəfə olmaqla təlimlər keçəcək, təlimlərin sonunda imtahanı müvəffəqiyyətlə keçənlər sertifikatla təltif olunacaqlar.

Xəbər lenti

Xəbər lenti