...

Bakıda "Qatar Airways" və KLM aviareyslərin icrasına başlayacaqlar

Biznes və iqtisadiyyat xəbərləri Materials 2 İyun 2011 15:43 (UTC +04:00)
Noyabrın 30-dan "Qatar Airways" aviaşirkəti (Qətər Hava Yolları) Dohadan Bakıya beşinci "sərbəst hava" əsasında reyslərin həyata keçirilməsinə başlayacaq.
Bakıda "Qatar Airways" və KLM aviareyslərin icrasına başlayacaqlar

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 2 iyun /Trend, müxbir E.İsmayılov/

Noyabrın 30-dan "Qatar Airways" aviaşirkəti (Qətər Hava Yolları) Dohadan Bakıya beşinci "sərbəst hava" əsasında reyslərin həyata keçirilməsinə başlayacaq. Trend-in məlumatına görə, bu barədə cümə axşamı Mülki Aviasiya Gününə həsr olunmuş tədbirdə Dövlət Mülki Aviasiya Administrasiyasının direktoru Arif Məmmədov bildirib.

Beşinci "sərbəst hava" aviaşirkətlərin hava nəqliyyatı haqqında sazişə uyğun olaraq tərəfdaş ölkənin ərazisindən üçüncü dövlətin ərazisinə gedən sərnişinləri, eləcə də ora ünvanlanmış yükü və poçtu qəbul etmək hüququ və aviamüəssisənin üçüncü ölkənin ərazisindən sazişin imzalandığı tərəfdaş ölkənin ərazisinə gedən sərnişinləri düşürmək, yük və poçtu boşaltmaq hüququ deməkdir.

Məmmədovun sözlərinə görə, "Qatar Airways" ölkəyə digər iri yükdaşıyanların gəlişinə yardım edəcək. Qətər Hava Yolları həftədə beş-yeddi dəfə uçuş həyata keçirmək niyyətindədir.

Həmçinin, onun sözlərinə görə, Niderlandın KLM şirkəti də Azərbaycan bazarına qayıdır. Çünki şirkət İranda yanacaq doldurmaqla bağlı problemlərə malikdir. Bu şirkət Amsterdama sərnişinlərin daşınması hüququ ilə Bakıda yanacaq doldurulmasını həyata keçirəcək. Bununla yanaşı, "Azərbaycan Hava Yolları" (AZAL) da avqustun 14-dən Amsterdama uçuşlara başlamaq fikrindədir. Bu reyslər üzrə biletlər AZAL və KLM tərəfindən birgə satılacaq.

Məmmədovun sözlərinə görə, bu gün Birləşmiş Ərəb Əmirliklərindən Gəncəyə, yaxud Naxçıvana reyslərin açılması məsələsinə də baxılır. Həmçinin, Əbu-Dabiyə reysin açılması imkanları da istisna olunmur.

Xəbər lenti

Xəbər lenti