...

Azərbaycan sığortaçısı öz broker şirkətinin qeydiyyatına başlayıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 29 İyul 2011 14:37 (UTC +04:00)

Azərbaycan, Bakı, 29 iyul /Trend, müxbir A.Bədəlova/

Azərbaycanın "Qarant Sığorta" şirkəti yaxın vaxtlarda özünün "Qarant Capital" broker şirkətinin təqdimatını keçirməyi planlaşdırır və hazırda o, müvafiq dövlət orqanlarında qeyddiyyat prosesindədir. Trend-in məlumatına görə, bu barədə cümə günü şirkətin idarə heyəti sədrinin müavini Fuad Allahverdiyev bildirib.

"Şirkət əsasən dövlət qiymətli kağızlar bazarında investisiya və maliyyə fəaliyyəti sahəsində fəaliyyət göstərəcək", - o deyib.

Bir müddət əvvəl şirkətin idarə heyətinin sədri Vaqif Həsənovun dediyi kimi, "Qarant Sığorta" hazırda qiymətli kağızlara 1 milyon manatdan çox investisiya yatırıb.

"Qarant Sığorta" şirkəti qiymətli kağızlara 1 milyon manatdan bir az çox investisiya yatırıb. Biz bunu broker şirkətləri vasitəsilə etmişik. Qiymətli kağızlar bazarı çox sərbəstdir və lazımi qədər peşəkar deyil. Güman edirəm ki, bu, gələcəyin şirkətidir və onun indi yaradılması və bu bazarın öyrənilməsi gələcəkdə öz səmərəsini verəcək", - Həsənov deyib.

"Qarant Sığorta" şirkəti öz faktiki fəaliyyətinə 2008-ci ilin əvvəlindən başlayıb. "Qarant Sığorta" ZQAN Holdinqin tərkibinə daxildir.

İyulun 29-na olan rəsmi məzənnə 0,7866 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti