Azərbaycan, Bakı, 30 noyabr /Trend, müxbir E.İsmayılov /
Nəqliyyat Nazirliyi "Azəryolservis" SC Heydər Əliyev prospektindən "8-ci kilometr" qəsəbəsi istiqamətindəki körpünü qismən açıb. Bu barədə çərşənbə günü Trend-ə SC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəlov məlumat verib.
Metronun "Məşədi Əzizbəyov" stansiyasının yanında yerləşən körpü "8-ci kilometr" qəsəbəsi istiqamətində açıqdır.
Bir qədər əvvəl körpüdə betonlama və izolyasiya üzrə işlər başa çatıb və hazırda körpünün asfalt örtüyü salınır.
Mürsəlovun sözlərinə görə, körpüdə hərəkəti tam şəkildə bir neçə gün ərzində, maksimum həftənin sonunadək bərpa etmək planlaşdırılır. İşlərin başa çatmasında bir az ləngimə bir müddət əvvəl Bakıda qarın yağması və yolların buz bağlaması ilə əlaqədardır.