...

Gələn il Azərbaycanda əmək pensiyalarının artımı gözlənilir

Biznes və iqtisadiyyat xəbərləri Materials 10 Oktyabr 2012 13:52 (UTC +04:00)
Gələn il Azərbaycanda əmək pensiyalarının həcminin artımı gözlənilir. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü jurnalistlərə Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Səlim Müslümov bildirib.
Gələn il Azərbaycanda əmək pensiyalarının artımı gözlənilir

Azərbaycan, Bakı, 10 oktyabr /Trend, müxbir A.Axundov/

Gələn il Azərbaycanda əmək pensiyalarının həcminin artımı gözlənilir. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü jurnalistlərə Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Səlim Müslümov bildirib.

"Gələn il yanvarın 1-dən 2012-ci ilin inflyasiyasına uyğun olaraq pensiyaların sığorta hissəsi indeksləşdiriləcək. Bu gün baş verən proseslər göstərir ki, sosial sığorta üzər ödənişlərin həcmi dinamik artır. Bu, pensiyaların baza hissəsinin maliyyə mənbələrinin formalaşdırılması üçün zəmanət yaradır və bu, 2013-cü ildə pensiyaların baza hissəsinin artması haqqında danışmağa əsas verir", - Müslümov qeyd edib.

Hazırda pensiyanın baza hissəsi 85 manatdır.

"Artım DSMF-nin cari ilin yekunları üzrə gəlirlərinin nə qədər artacağından asılı olacaq" , - Fond sədri vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti