...

Bakıda V Xəzər Beynəlxalq Mühafizə, Təhlükəsizlik və Xilasetmə Vasitələri Sərgisi keçiriləcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 16 Oktyabr 2012 18:52 (UTC +04:00)
Oktyabr ayının 17-dən 20-dək "Bakı Ekspo" mərkəzində "CIPS-2012" 5-ci Yubiley Xəzər Beynəlxalq Mühafizə, Təhlükəsizlik və Xilasetmə Vasitələri Sərgisi keçiriləcək.
Bakıda V Xəzər Beynəlxalq Mühafizə, Təhlükəsizlik və Xilasetmə Vasitələri Sərgisi keçiriləcək

Azərbaycan, Bakı, 16 oktyabr /Trend/

Oktyabr ayının 17-dən 20-dək "Bakı Ekspo" mərkəzində "CIPS-2012" 5-ci Yubiley Xəzər Beynəlxalq Mühafizə, Təhlükəsizlik və Xilasetmə Vasitələri Sərgisi keçiriləcək.

"CIPS" sərgisi regionda təhlükəsizlik üzrə yeganə beynəlxalq ixtisaslaşdırılmış sərgi olmaqla yanaşı, həm də məhsulların təşviqi, nümayişi, biznesin inkişafı və bazarın tədqiqi üçün məkan, habelə informasiya mübadiləsi, ideyaların formalaşdırılması və müxtəlif həyat və istehsalat təhlükələrinə qarşı səylərin birləşdirilməsi üzrə imkanların axtarışı üçün platformadır. "CIPS-2012" sərgisinə rəsmi dəstək Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) tərəfindən göstərilir. 2012-ci ildə keçirilən beynəlxalq sərgi və konfranslarının tərəfdaşları arasında "Nar Mobile" mobil operatoru (kommunikasiya tərəfdaşı), AZAL konserni (rəsmi hava daşıyıcısı), "Hilton Baku" və "Qafqaz Poynt Hotel" (rəsmi hotellər) var. Sərginin təşkilatçıları qismində isə "Iteca Caspian" və Böyük Britaniyanın "ITE Group plc" şirkətləri çıxış edirlər.

"CIPS-2012" sərgisi Azərbaycan, Belarus, İtaliya, Rusiya, Türkiyə və digər ölkələrin aparıcı şirkətlərini təqdim edəcək. Sərginin eksponentləri arasında sərgidə ilk dəfə öz stendi ilə iştirak edən Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi də var. Ümumilikdə isə sərgi ekspozisiyasını ən yeni avadanlıq nümunələri, müasir texnologiyalar və mühafizə televiziyası, girişə (daxilolmaya) nəzarət və qəza/xilasetmə texnikası sahəsində ən son nailiyyətlər və layihə həlləri təşkil edir. Belə ki, sərgi iştirakçıları yaşayış və sənaye obyektlərinin təhlükəsizliyinin təmin edilməsinə xidmət edən "Novus" və "Eltis" markalı elektron kommunikasiya qurğuları, "Kat Sistems" markalı turniketləri, habelə "APS" markalı avtomatik dayanacaq sistemlərini nümayiş etdirəcəklər. İKT sahəsinin mütəxəssisləri bu sərgidə iştirak etməklə əhalinin təhlükəsizliyinin təmin edilməsində geniş şəkildə istifadə olunan qapalı mühafizə televiziyası sistemləri (ССTV), sürətli günbəz kameraları, kameralar üçün optika məhsulları və digər İKT texnologiyalarını istismar şəraitində görmək və yaxından tanış olmaq üçün unikal imkan qazanacaqlar.

Builki sərgini fərqləndirən cəhət "Yanğın təhlükəsizliyinin təminatı sistemləri" sektorunda şirkətlərin fəal iştirak etməsidir. Bu sektor çərçivəsində mütəxəssislərə məşhur "L-3 Communication" və "AYG" markalı yanğın təhlükəsizliyi sistemləri, habelə yanğın və mühafizə siqnalizasiyaları, tüstü datçikləri, xüsusi təyinatlı yanğından mühafizə avadanlıqları və nərdivanlı avtomobillər təqdim olunacaq. Rusiya şirkətləri "Qaz", "ZİL", "Ural" və "Kamaz" şassiləri əsasında hazırlanmış yanğınsöndürən avtomobil modellərini və yanğınsöndürmə avtosisternlərini nümayiş etdirəcəklər. Yeraltı yanğınsöndürmə hidrantları, eləcə də elektrik kabellər, metal və taxta materiallar üçün xüsusi yanğından mühafizə örtüyündən ibarət ekspozisiya ilə çıxış edən şirkətlər bu sektorda ilk dəfə iştirak edirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti