...

Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisinə 431 milyon dollardan çox vəsait xərclənib

Biznes və iqtisadiyyat xəbərləri Materials 26 Yanvar 2013 12:14 (UTC +04:00)
Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisi layihəsi çərçivəsində 2007-2012-ci illər ərzində 431,3 milyon dollar xərclənib.
Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisinə 431 milyon dollardan çox vəsait xərclənib

Azərbaycan, Bakı, 26 yanvar /Trend, müxbir A.Axundov/

Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisi layihəsi çərçivəsində 2007-2012-ci illər ərzində 431,3 milyon dollar xərclənib.

Trend-in məlumatına görə, bu barədə Nəqliyyat Nazirliyinin və nazirliyin tabeli qurumlarının 2012-ci ildə fəaliyyətinə dair hesabatda deyilir.

O cümlədən, 2012-ci ildə Azərbaycan hökumətinin kreditindən 151,5 milyon dollar istifadə edilib.

Qeyd edək ki, Bakı-Tbilisi-Qars dəmir yolu Azərbaycan-Gürcüstan-Türkiyə dövlətlərarası sazişi əsasında inşa olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti