...

Azərbaycan valyuta bazarının həftəlik icmalı

Biznes və iqtisadiyyat xəbərləri Materials 9 Mart 2013 12:50 (UTC +04:00)
Ötən həftənin yekunlarına əsasən, Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən müəyyən olunmuş manatın ABŞ dollarına nisbətdə rəsmi məzənnəsi 0,0001 bənd (0,01 faiz) möhkəmlənib.
Azərbaycan valyuta bazarının həftəlik icmalı

Azərbaycan, Bakı, 9 mart /Trend, müxbir İ.Xəlilova/

Ötən həftənin yekunlarına əsasən, Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən müəyyən olunmuş manatın ABŞ dollarına nisbətdə rəsmi məzənnəsi 0,0001 bənd (0,01 faiz) möhkəmlənib.

Trend-in məlumatına görə, ötən həftə orta məzənnə bir ABŞ dollarına nisbətdə 0,78492 manat səviyyəsində müəyyən olunub.

ABŞ dollarına nisbətdə manatın rəsmi məzənnəsi

25 fevral

0,7847

4 mart

0,7848

26 fevral

0,7849

5 mart

0,7850

27 fevral

0,7849

6 mart

0,7850

28 fevral

0,7848

7 mart

0,7849

1 mart

0,7848

8 mart

0,7849

Həftə ərzində orta

0,78482

Həftə ərzində orta

0,78492

Həftə ərzində Bakı Banklararası Valyuta Birjasının alış-verişi nəticəsində müəyyən olunmuş manatın ABŞ dollarına nisbətdə birja məzənnəsi dəyişməz qalıb. Müvafiq olaraq, orta məzənnə bir ABŞ dollarına nisbətdə 0,7837 manat səviyyəsində müəyyən olunub.

Həftə ərzində BEST-də valyutalaşdırma ilə sövdələşmələr həyata keçirilib (T+0): martın 4-də 0,7837 AZN/USD məzənnə ilə 1,411 mln. dollar; martın 5-6-da və 8-də səvdələşmələr aparılmayıb, buna görə də məzənnə 0,7837 AZN/USD səviyyəsində qalıb; martın 7-də 0,7838 AZN/USD məzənnə ilə 3,459 mln. dollar.

ABŞ dollarına nisbətdə manatın birja məzənnəsi

25 fevral

0,7835

4 mart

0,7837

26 fevral

0,7838

5 mart

0,7837

27 fevral

0,7837

6 mart

0,7837

28 fevral

0,7837

7 mart

0,7837

1 mart

0,7837

8 mart

0,7837

Həftə ərzində orta

0,78368

Həftə ərzində orta

0,7837

USD/AZN T+1 və T+2 alətləri üzrə tələbat olmadığından, dilerlər tərəfindən sövdələşmələr həyata keçirilməyib. EUR/AZN və RUB/AZN aləti üzrə BEST-ə banklar tərəfindən sifarişlər təqdim olunmayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti