...

"Gobustone" daha çox istilik gətirəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 1 Aprel 2013 11:18 (UTC +04:00)
AAC şirkəti daha yaxşı istilik keçirmə xüsusiyyətinə malik D 400 "gobustone" məsaməli beton bloklarının istehsalına başlayıb.
"Gobustone" daha çox istilik gətirəcək

Azərbaycan, Bakı, 1 aprel /Trend /

AAC şirkəti daha yaxşı istilik keçirmə xüsusiyyətinə malik D 400 "gobustone" məsaməli beton bloklarının istehsalına başlayıb.

"Bu yeni texnologiya ve reseptura vasitəsilə mümkün oldu ki, bununla da yeni bloklar daha yüngül və isti olacaqlar", - deyə zavodun texnoloqu Nail Abbasov bildirib.

İstehsalın ilk günündən zavod D 500 bloklarını istehsal edir. Tikinti zamanı və tikintidən sonra çəkilən xərcləri azlatmaq üçün şirkət D 500 -lə yanaşı D 400 bloklarının da istehsalına başlayıb.

"Qeyd etmək lazımdır ki, 500 kq/m3 sıxlıqda blokların istilik keçirmə qabliyyəti 0,13 W/mK, lakin 400 kq/m3 sıxlıqda isə istilik 0,11 W/mK təşkil edir. Gördüyünüz kimi 400 kq/m3 sıxlıqda istilik keçirmə qabliyyəti daha da üstündür. Bu da tikintilər bitdikdən sonra qışda istiləşdirmək və ya yayda soyuqlaşdırmaq üçün daha az miqdarda yanaçağın sərf olunması deməkdir. Məsələn, 500 kq/m3 sıxlıqda xarici divara istifadə olunan 300 mm qalınlıqda "gobustone" bloklarını 400 kq/m3 sıxlıqda 250mm əvəzləmək kiyayətdir. Bu, bizim müştərilərimizə təqdim etdiyimiz üstünlüklərdən biridir", - deyə N Abbasov bildirib.

Xatırladaq ki, Almaniyanın "Wehrhahn" firmasının avadanlıqları ilə istehsal olunan "gobustone" məsaməli beton blokları digər hörgü materiallarından yüngüllüyü, zəlzələyə davamlığı, uzunömürlülüyü, yüksək istilik və səs izolyasiyası, ekoloji cəhətdən təmizliyi, həmçinin adi əl və ya elektrik alətlərindən istifadə edilən zaman çox asanlıqla emal olunması ilə fərqlənir və tikinti prosesini əhəmiyyətli dərəcədə tezləşdirir.

Qeyd edək ki, "gobustone" məsaməli beton bloklarından Port Baku Residence və Tower, 28 Mall ticarət mərkəzi, Azərbaycan Diplomatiya Akademiyası, Milli Gimnastika Arenası, Trump Tower, Azərbaycan Dövlət Neft Fondunun inzibati binası, Qusarda Şahdağ yay - qış turizm mərkəzi, Qubada Rixos oteli və Şabranda Qalaltı istirahət mərkəzi kimi obyektlərin inşasında istifadə olunmuşdur.

AAC müasir tikinti materialları zavodu Bakının Qaradağ rayonunun Səngəçal qəsəbəsində yerləşir. Zavodun illik istehsal gücü 180 min kubmetr məsaməli beton blokları və 30 min ton əhəng təşkil edir. "AAC" müasir tikinti materialları zavodu "SYNERGY GROUP"- a daxildir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti